"Yuventus" Mottanı həmyerlisi ilə əvəzləyəcək
13.03.2025 - 16:16
İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” baş məşqçisi Tiaqo Motta ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Tiaqo Motta "Yuventus"un baş məşqçisi postunu tərk edəcək?
Mənbənin məlumatına görə, komanda “Fiorentina” ilə görüşdə istənilən nəticəni əldə edə bilməsə, baş məşqçi ilə yollar ayrılacaq.
Roberto Mançini "Yuventus"un yeni baş məşqçisi olacaq?
“Qoca sinyora” artıq Mottanın əvəzedicisini tapıb. A Seriyası təmsilçisi bu posta ən real namizəd kimi Roberto Mançinini düşünür.
Qeyd edək ki, “Yuventus” daxili çempionatda 28 turdan sonra 52 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- Fatih Tekkenin istefası qəbul edilmədi – “Trabzonspor”da qaldı
- Fatih Tekke İSTEFA VERDİ
- “Roma” Ostervolde transferindən imtina etdi – Futbolçu “Fənərbaxça”ya qayıdır
- UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
- UEFA İnfantinodan əl çəkmir – FIFA prezidentini devirmək üçün yeni plan
0
0