"Qalatasaray"ın futbolçusu Vilfred Zahanın yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Futbolçunun "Lion"la olan icarə sözləşməsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, karyerasına MLS-də davam edəcək. Hücumçu icarə əsasında "Şarlott"un uğurları üçün çalışacaq.
Tərəflər arasında müqavilə 2026-cı ilin qışına qədər nəzərdə tutulub. Klublar yenidən razılığa gələrsə, müddət həmin ilin yayına qədər uzadıla bilər.
ABŞ təmsilçisi bu keçid üçün "Qalatasaray"a 2,7 milyon avro ödəyəcək. Zaha transfer üçün maaşının 2,4 milyon avrosundan imtina edib. Onun çıxışından asılı olaraq, "Şarlott" Türkiyə təmsilçisinə daha 1 milyon avro bonus ödəyə bilər.
İcarə müqaviləsi yaya qədər uzadılsa, Şimali Karolina klubu İstanbul təmsilçisinə əlavə 1,2 milyon avro ödəyəcək.