“Zenit”in sabiq hücumçusu vəfat edib
16.01.2026 - 00:10
“Zenit” və “Dinamo” klublarının sabiq futbolçusu Dmitri Akimov 45 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Veteran futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Akimov “Zenit”in heyətində 5 oyunda meydana çıxıb. Hücumçu karyerası ərzində Minsk “Dinamo”su, “Tümen”, “Metallurq”, “Sibir”, “Rostov” və “Fakel” klublarında da çıxış edib.
0
0