![Avro 2024-ün qrup mərhələsinin ən yaxşı qapıçısı müəyyənləşdi](https://ww3.apasport.az/storage/news/2024/june/27/big/667d4f940fd50667d4f940fd511719488404667d4f940fd4e667d4f940fd4f.jpg)
2024-cü il Avropa çempionatında qrup mərhələsinin ən yaxşı qapıçısı seyvlərin sayına görə müəyyənləşib.
Apasport.az UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvili olub.
Gürcüstanlı qolkiper 3 oyunda 21 seyv edib, 4 qol buraxıb.
Reytinqdə ikinci yeri rumıniyalı Florin Nita tutub. Üçüncü yeri Canluici Donnarumma (İtaliya), Anqus Qun (Şotlandiya), Martin Dubravka (Sloveniya), Koen Castells (Belçika) və Bart Verbruggen (Hollandiya) bölüşdürüb.
AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyanın futbol meydançalarında keçiriləcək. Hazırkı çempion 2020-ci il Avropa çempionatının finalında İngiltərəni məğlub edən İtaliya komandasıdır.