Avstriya millisinin futbolçuları tarixə düşdülər
22.06.2024 - 11:53
![Avstriya millisinin futbolçuları tarixə düşdülər](https://ww3.apasport.az/storage/news/2024/june/22/big/66768327229966676832722997171904285566768327229946676832722995.jpg)
Kristof Baumqartner və Marko Arnautoviç Avstriya millisinin tarixinə düşüblər.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki hücumçu Avro-2024-ün qrup mərhələsində Polşa seçməsini 3:1 hesabı ilə məğlub etdikləri matçda fərqlənməklə qitə çempionatları tarixində öz yığmalarının heyətində birdən çox qol vuran ilk oyunçular olublar.
Qeyd edək ki, Avstriya seçməsi 3 xalla D qrupunda üçüncü pillədə qərarlaşıb. Onlar son turda Fransa ilə üz-üzə gələcəklər.
0
0