UEFA-dan skandal səhv: Diqqətsizlikdən, yoxsa bilərəkdən? - Foto
04.07.2024 - 13:22
UEFA-dan skandal səhv: Diqqətsizlikdən, yoxsa bilərəkdən? - Foto

UEFA-nın rəsmi saytında və sosial media hesabında skandal səhvə yol verilib. 

Apasport.az xəbər verir ki, qurumun rəsmi saytının fransız versiyasında və "İnstagram" hesabında AVRO-2024-ün 1/4 finalçıları siyahısında Türkiyə əvəzinə Avstriyanın adı qeyd edilib. 

Avropa futbol qurumunun bu addımı türkiyəli azarkeşləri qəzəbləndirib. 

Bir müddət sonra UEFA səhvini düzəldib və Türkiyənin 1/4 finalçı kimi yer aldığı görüntünü öz saytında paylaşıb.

 
0