UEFA Merih Demirala qarşı araşdırma başlatdı
03.07.2024 - 13:25
UEFA Merih Demirala qarşı araşdırma başlatdı

UEFA AVRO-2024-ün 1/8 matçında Avstriyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə millisinin qollarını vuran Merih Demirala qarşı araşdırma başlatdığını açıqlayıb.

Apasport.az xəbər verir ki, millinin üzvü qolu boz qurd işarəsi ilə qeyd edib. 

UEFA-dan verilən açıqlamaya görə, Demiral uyğunsuz hərəkətinə görə cəzalandırıla bilər. 

Merih Demiral isə qol sevincini belə izah edib: 

"İki qol vurduğum üçün çox xoşbəxtəm. Ağlımda türklüklə əlaqəli bir qol bayramı var idi və bunu etdim. Çox qürur duyuram. Türk olduğumu iliklərimə qədər hiss etdim". 

0