Adil Paşayev: “Olimpiadaya hansı məşqçi ilə lisenziya qazanacağımızın fərqi yoxdur”
03.04.2008 - 16:25
Bakı. Aqşin Əliyev - APA-Sport. Qadınlardan ibarət otüstü hokkey komandaları arasında Bakıda keçiriləcək lisenziya xarakterli beynəlxalq turnirin bütün təşkilati məsələləri həll olunub. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Otüstü Hokkey Federasiyasının baş katibi Adil Paşayev deyib. Onun bildirdiyinə görə, yarışla əlaqədar ölkəmizə gələcək Beynəlxalq Otüstü Hokkey Federasiyasının yüksək rütbəli şəxslərinin adları aprelin 11-də müəyyənləşəcək. Yığmanın qarşısına Yay Olimpiya Oyunları lisenziya qazanmaq vəzifəsi qoyulduğunu söyləyən A.Paşayev mümkün uğursuzluqlardan danışmaq istəməyib: “Yeganə məqsədimiz Pekin olimpiadasına vəsiqə qazanmaqdır. Bu məqsədə hansı məşqçi ilə çatacağımızın prinsipial fərqi yoxdur. Əsas odur ki, milli komandamız yeganə vəsiqənin sahibi olsun. Fikrimizi komanda idman növündə ilk dəfə olimpiadada çıxış etməyə yönəltmişik. Bu baxımdan indi mümkün istefa və ya başqa mövzuda danışmaq düzgün olmazdı”.
Qeyd edək ki, pakistanlı Tahir Zamanın rəhbərlik etdiyi Azərbaycan yığması İspaniya, Ukrayna, Belarus, Çili və Keniyaya qarşı mübarizə aparacaq.
Qeyd edək ki, pakistanlı Tahir Zamanın rəhbərlik etdiyi Azərbaycan yığması İspaniya, Ukrayna, Belarus, Çili və Keniyaya qarşı mübarizə aparacaq.
- AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
0
0