Bakıda eşitmə qüsurlu futzalçılar arasında turnir keçiriləcək
04.04.2008 - 10:53
Bakı. Aqşin Əliyev-APA-Sport. Aprelin 7-də eşitmə qüsurlu futzalçılar arasında “Yaz” turniri start götürəcək. Azərbaycan Əlillər Futbolu Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda 6 komanda mübarizə aparacaq. Üç gün davam edəcək turnir Azərbaycan Dövlət Texniki Universitetinin İdman Sarayında baş tutacaq. Yarış bu ilin iyununda Slovakiyanın Preşov şəhərində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyacaq.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0