“Zenit” Almaniyada “Bayer”i darmadağın edib
04.04.2008 - 09:15
Elşən Məmmədov-APA-Sport. UEFA kubokunun ¼ final mərhələsinin ilk görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, turnirdə Almaniyanı təmsil edən “Bavariya” və “Bayer” klubları öz meydanlarında keçirdikləri oyunlarda qələbə qazana bilməyiblər. “Xetafe”ni qəbul edən “Bavariya” son anda qələbəni əldən verib. Rusiya çempionu “Zenit”lə üz-üzə gələn “Bayer” isə doğma divarlar arasında ağır məğlubiyyət alıb. İlk yarısı heç-heçə ilə başa çatan matçda fasilədən sonra rusiyalılar 13 dəqiqəyə 3 qol vuraraq, böyük hesablı qələbə qazanıblar. Bu, həm də 4 görüş arasında heç-heçənin qeydə alınmadığı yeganə qarşılaşma olub.
“Bayer” (Almaniya) – “Zenit” (Rusiya) – 1:4
Kisslinq, 33 – Arşavin, 20, Poqrebnyak, 52, Anyukov, 61, Denisov, 64
“Bavariya” (Almaniya) – “Xetafe” (İspaniya) – 1:1
Toni, 26 – Kontra, 90
“Fiorentina” (İtaliya) – PSV (Hollandiya) – 1:1
Mutu, 56 – Kovermans, 63
“Reyncers” (Şotlandiya) – “Sportinq” (Portuqaliya) – 0:0
Cavab görüşləri aprelin 10-da keçiriləcək.

- AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
- Türkiyəli çempion: "Nuray gələcəkdə böyük uğurlar qazanacaq"
0
0