Ələkbər İmaməliyev: “Avropa çempionatında 5 taekvondoçumuzun medal qazanacağına inanıram”
04.04.2008 - 12:24
Bakı. Aqşin Əliyev-APA-Sport. Kişi və qadınlardan ibarət taekvondo üzrə Azərbaycan milli komandası Avropa çempionatına hazırlığı başa vurub. Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən təlim-məşq toplanışı uğurlu alınıb. Taekvondoçularımızın qitə birinciliyinə hazır olduqlarını söyləyən çalışdırıcı yarışla bağlı nikbin proqnoz verib: “Avropa çempionatında 5 medal qazanacağımıza inanıram. Kişilərin yarışında Niyaməddin Paşayev, Təvəkkül Bayramov, İlkin Şahbazov və Elnur Amanovun mükafatçılar sırasında yer alacağına ümidim var. Fikrimcə, qadınlardan yalnız Şəhrun Yusifova fərqlənəcək”. Ə.İmaməliyevin sözlərinə görə, lisenziya xarakterli turnirdə uğursuzluğa düçar olduğundan psixoloji böhran keçirən dünya çempionu N.Paşayev hazırda yaxşı formadadır. Həmçinin, baş məşqçi qarşıdakı turnirdə yığma üzvlərinin bir sıra problemlərlə üzləşəcəyini istisna etməyib: “Məsələ burasındadır ki, taekvondoda qaydalar dəyişilib. Avropa çempionatında idmançılar elektron jiletlə döyüşəcəklər. Yeni qaydalara əsasən, taekvondoçular bir-birinə güclü zərbələr endirməlidirlər. Kişilərin zərbələrinin gücü minimum 180, qadınlarınkı isə 110 kq olmalıdır. Əks təqdirdə, onlara xal verilməyəcək. Biz elektron jiletlə 10-15 gün məşq etmişik. Buna baxmayaraq, yeni qaydalar yığmamızın üzvlərinə problem yarada bilər”.
Qeyd edək ki, aprelin 10-dan 13-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq çempionatda 8 kişi və 6 qadın idmançımız qüvvəsini sınayacaq. Pekin olimpiadasına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədov Romaya aparılsa da, döşək üzərinə çıxmayacaq.
Qeyd edək ki, aprelin 10-dan 13-dək İtaliyanın paytaxtı Romada təşkil olunacaq çempionatda 8 kişi və 6 qadın idmançımız qüvvəsini sınayacaq. Pekin olimpiadasına lisenziya qazanmış yeganə taekvondoçumuz Rəşad Əhmədov Romaya aparılsa da, döşək üzərinə çıxmayacaq.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0