Azərbaycan stolüstü tennisçiləri Olimpiya lisenziyalı turnirdə qrup mərhələsini sonuncu pillədə başa vurublar
04.04.2008 - 13:04
Nant. Elşən Məmmədov-APA-Sport. Fransanın Nant şəhərində keçirilən stolüstü tennis üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa seçmə turnirində qrup mərhələsinə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Nəriman Abdullayev və Billurə Eminova keçirdikləri hər üç qarşılaşmada məğlubiyyətə düçar olublar. Kişilərin mübarizəsində A qrupunda yer alan N.Abdullayev sonuncu görüşdə Lyubomir Pisteyə (Slovakiya) uduzub – 0:4 (3:11, 6:11, 4:11, 4:11). Bununla da 3 oyuna 3 xal yığan həmyerlimiz qrupda sonuncu yeri tutub. Qadınların mübarizəsində D qrupunda qərarlaşan B.Eminova isə üçüncü qarşılaşmasında hollandiyalı Li Hiyə məğlub olub – 0:4 (5:11, 8:11, 2:11, 0:11). Xanım stolüstü tennisçimiz də eyni miqdarda xalla qrupunu sonuncu pillədə başa vurub.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0