Güləş üzrə Avropa çempionatının son günündə üç idmançımız məğlub olub
06.04.2008 - 13:35
Tampere. Elşən Məmmədov - APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın sonuncu günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. Onlardan ikisi – Fuad Əliyev (60 kq) və İlqar Abdulov (74 kq) 1/16 final mərhələsində keçirdikləri ilk görüşdəcə məğlubiyyətə düçar olublar. F.Əliyev Aslan Abdullinə (Rusiya), İlqar Abdulov isə Şərəf Tüfəngə (Türkiyə) uduzub. Yalnız millimizin rusiyalı legioneri Denis Mişin (96 kq) ilk görüşdə qələbə qazana bilib. Pəhləvanımız 1/16 finalda Kristian İonut Patrunu (Rumıniya) yenib. Lakin sonrakı qarşılaşmada D.Mişinin qarşısını İvanov Kaloyan Dinçev (Bolqarıstan) kəsib. Hələlik hər üç güləşçimiz təsəlliverici görüşlərə qatılmaq şanslarını saxlayırlar.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0