Azərbaycan idmançıları Pekin Yay Olimpiya Oyunlarına 23-cü lisenziyanı qazanıblar
07.04.2008 - 09:57
R.Bayramovdan öncə daha 6 güləşçimiz Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanmışdı. Beləliklə, planetin ən mötəbər idman yarışında ölkəmizin güləş (7 lisenziya), ağır atletika (5), bədii gimnastika (3), boks (2), atletika (2), üzgüçülük (2), taekvondo (1) və cüdo (1) növlərində təmsil olunacağı dəqiqdir. Bu həftə idmançılarımız bir sıra təsnifat turnirlərində qüvvələrini sınayacaqlar. Belə ki, bu gündən etibarən boks üzrə milli komandamız Yunanıstanın paytaxtı Afinada keçiriləcək lisenziya xarakterli yarışda mübarizəyə qoşulacaq. Cüdoçularımız isə aprelin 11-də Portuqaliyanın paytaxtı Lissabonda start götürəcək Avropa çempionatında öz bacarıqlarını nümayiş etdirəcəklər. Aprelin 12-də Bakıda qadınlardan ibarət otüstü hokkey yığmaları arasında yarış başlanacaq. Yeri gəlmişkən, Tahir Zamanın rəhbərlik etdiyi kollektiv 8 günlük mübarizə zamanı turnirin qalibi olarsa, olimpiadada ilk dəfə komanda növündə çıxış edəcəyik. Həmçinin, atıcılarımızın da Yay Olimpiya Oyunlarına yollanmaq şansları var. Stend atıcısı Zemfira Meftahəddinova və güllə atıcısı İradə Aşumova ilə bağlı məsələ aprelin 10-11-də Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Çinin paytaxtı Pekində keçiriləcək Baş Assambleyasında müzakirəyə çıxarılacaq.
- Milli Paralimpiya Komitəsinin 30 illiyi qeyd ediləcək
- Goranboy şəhəri “Gənclər Paytaxtı” seçilib - FOTO
- Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü Xankəndidə davam edib - FOTO
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
0
0