Azərbaycan güləş yığması Avropa çempionatını 2 qızıl, 1 gümüş, 4 bürünc medalla başa vurub
07.04.2008 - 10:22
Hər iki lisenziyanı millimizin yerli üzvləri əldə ediblər. Belə ki, yunan-Roma güləşçimiz Rövşən Bayramov (55 kq) qızıl medalla yanaşı, qarşıdakı Olimpiadaya vəsiqəyə sahib çıxıb. Sərbəst güləşçimiz Emin Əzizov (66 kq) isə bürünc medal əldə etməsinə baxmayaraq, özündən əvvəlki pəhləvanların hələ ötən il Bakıda təşkil olunan dünya çempionatında Pekinə lisenziya qazanması üzündən, Olimpiya Oyunlarına daha bir vəsiqəyə yiyələnib. Qalan 5 medalla millimizin legionerləri təltif ediliblər. Qadın güləşində Mariya Stadnik (48 kq) qızıl, Elvira Mürsəlova (59 kq) gümüş medala layiq görülüb. Sərbəst güləşçilərimizdən isə E.Əzizovla yanaşı, Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq) və Əli İsayev (120 kq) Bakıya bürünc medalla qayıdıblar. Bununla da güləşin hər üç növündə Pekin Olimpiadasına qazanılan lisenziyaların sayı 7-yə çatıb. Onlardan 48, 55 və 63 kq çəkilərdə qadın, 66 və 74 kq-da sərbəst, 55 və 66 kq-da isə yunan-Roma güləşçilərimiz bu vəsiqələrə sahib çıxıblar. Sərbəst və qadın güləşi üzrə yığmamız ümumi komanda hesabında 3-cü, yunan-Roma güləşi üzrə millimiz isə 13-cü yeri tutub.
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
0
0