Pauerliftinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
07.04.2008 - 12:09
Bakı. Aqşin Əliyev-APA-Sport. Şamaxı Olimpiya Kompleksində keçirilən pauerliftinq və benç-press üzrə gənclər arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi Qadir Babayevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, iki gün davam edən yarışda Bakının idman klubları və cəmiyyətləri ilə yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarının atletləri qüvvələrini sınayıblar. Pauerliftinqdə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Asif Belıyev (56 kq, “Nur”, Gəncə), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Pərvin Əsgərov (67,5 kq, Gəncə UGİM), Balı Hacıyev (75 kq, “Məhsul”, Gəncə), Emin Məmmədov (82,5 kq, “Nur”, Gəncə), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Şadman Hüseynzadə (100 kq, “Məhsul”, Gəncə) qızıl medala layiq görülüblər. Benç-press yarışında isə Elmar Alıyev (52 kq, “Spartak”, MOİK), Yusif Nurullayev (56 kq, Cəlilabad), Elmir Tarverdiyev (60 kq, “Spartak”, Bakı), Niyazi Həsənov (67,5 kq, “Məhsul, Gəncə), Zamir Məmmədov (75 kq, “Spartak”, Şamaxı), Bayram Əliyev (82,5 kq, “Gömrükçü”), Ceyhun Vəliyev (90 kq, Azərbaycan Pauerliftinq Federasiyası), Vüsal Mərdanov (100 kq, Azərbaycan Pauerliftinq Federasiyası) və Musa Acalov (110 kq, “Məhsul”, Bakı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Q.Babayev onu da bildirib ki, ilk dəfə ölkə çempionatında qızlar da iştirak ediblər. 56 kq çəki dərəcəsində çıxış edən MOİK təmsilçisi Nərgiz Həmidova rəqibi olmadığından həm pauerliftinqdə, həm də benç-pressdə birinci yeri tutub. Rəna Əliyeva isə yarışa müsabiqədənkənar qatılıb.
- Fiqurlu konkisürənimiz Qran-pridə 5-ci olub
- Beynəlxalq Olimpiya Komitəsinin rəsmisi Azərbaycana gəlib
- Azərbaycan idmançıları Gimnaziada üçün yola düşdü
- Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib - FOTO
- AKAF prezidenti və Çad Olimpiya Komitəsinin baş katibi arasında görüş keçirilib
0
0