Azərbaycan şahmatçıları Dubayda keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar
07.04.2008 - 14:24
Bakı. Kənan Həsənov-APA-Sport. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə ənənəvi beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, 45000 ABŞ dolları mükafat fondu olan yarışda səkkiz şahmatçımız mübarizə aparır. Qədir Hüseynov, Vasif Durarbəyli, Loğman Quliyev, Rəsul İbrahimov, Sərxan Quliyev və İlqar Bacarani ilk görüşlərini qələbə ilə başa vurublar. Yeniyetmələr arasında dünya və Avropa çempionu Eltac Səfərli heç-heçə oynayıb, Ülvi Bacarani isə məğlub olub.
Qeyd edək ki, 9 turdan ibarət turnirin reytinq favoriti milli komandamızın üzvü Q.Hüseynovdur.
Qeyd edək ki, 9 turdan ibarət turnirin reytinq favoriti milli komandamızın üzvü Q.Hüseynovdur.
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
- AMADA-nın Müşahidə Şurasının iclası keçirilib
- Stend atıcılığı üzrə Azərbaycan Kubokunun qalibləri müəyyənləşib
- Bakıda avtomobil festivalı: Retro şou
0
0