Gənclər və İdman Nazirliyi Azərbaycanın ən titullu güllə atıcısını Dünya Kubokuna göndərmir
23.04.2008 - 13:07
Bu haqda “APA-Sport” agentliyinə məlumat verən milli komandanın baş məşqçisi Vladimir Lunyovun sözlərinə görə, İ.Aşumovanın Almaniyanın Münhen şəhərinə yollanaraq, mayın 14-də start götürəcək yarışa qatılması üçün maddi vəsait ayrılmır. V.Lunyov bunun səbəbini belə izah edib: “Çox gülməli vəziyyətlə üzləşmişik. Gənclər və İdman Nazirliyi Aşumovanın Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini əsas gətirərək, gələn ay Almaniyada keçiriləcək Dünya Kubokunun mərhələ yarışlarına getməyimizə maliyyə ayırmır”. Baş məşqçi nazirliyin qərarından məyus olduqlarını vurğulayıb: “Aşumovanın olimpiadaya qatılıb-qatılmayacağı hələlik müəyyənləşməyib. Biz universal kart almağa cəhd göstəririk, beynəlxalq federasiyaya müraciət ünvanlayırıq. Belə bir vaxtda nazirliyin Afina olimpiadasının bürünc mükafatçısına qarşı soyuq münasibəti bizi məyus edir”.
Məsələyə AGİN tərəfi də rəsmi mövqeyini bildirib. Nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov “APA-Sport”a açıqlamasında gələcək turnirlərdə gənc və perspektivli idmançılara üstünlük verəcəklərini söykəyib: “Münhendəki Dünya Kubokunda ölkəmiz təmsil olunacaq. Ancaq oraya İradə Aşumova yox, gənc və perspektivli güllə atıcıları yollanacaqlar. Aşumovanın qarşısına olimpiadaya lisenziya qazanmaq vəzifəsi qoyulsa da, o, tapşırığın öhdəsindən gəlməyi bacarmadı. Buna görə gənclərə üstünlük vermək qərarına gəlmişik”.
Qeyd edək ki, İ.Aşumova 2006-07-ci illərdə mübarizə apardığı təsnifat turnirlərində uğursuzluğa düçar olduğundan, Pekin olimpiadasına birbaşa lisenziya qazanmayıb. 50 yaşlı idmançının güzəştli kart sayəsində növbəti Yay Olimpiya Oyunlarına qatılmağa cüzi şansı var.

0
0