Azərbaycan şahmatçısı Vüqar Həşimov Qran-Pri turnirində liderliyə yüksəlib
05.05.2008 - 10:22
Şəhriyar Məmmədyarov isə fransalı Etyen Bakroya qalib gəlib. Milli komandamızın digər üzvü Teymur Rəcəbov gözlənilmədən çexiyalı autsayder David Navaraya uduzub. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Maqnus Karlsen (Norveç) Maykl Adamsı (İngiltərə), Pyotr Svidler (Rusiya) Qata Kamskini (ABŞ) məğlub edib. Ernesto İnarkiyev (Rusiya) – Van Yue (Çin), İvan Çeparinov (Bolqarıstan) - Sergey Karyakin (Ukrayna) oyunlarında heç-heçə qeydə alınıb. XII turdan sonra turnir cədvəlinə hərəyə 7,5 xal toplayan V.Həşimovla V.Yue başçılıq edir. Ş.Məmmədyarov, A.Qrişuk və M.Karlsenin hesabında 7 xal var. M.Adams 6, T.Rəcəbov, Q.Kamski, İ.Çeparinov, S.Karyakin, P.Svidler 5,5, E.Bakro və E.İnarkiyev 5, D.Navara 4,5 xal qazanıb. Bu gün sonuncu tur çərçivəsində daha 7 oyun keçiriləcək: M.Adams – V.Həşimov, A.Qrişuk – T.Rəcəbov, V.Yue - Ş.Məmmədyarov, E.Bakro – M.Karlsen, D.Navara - İ.Çeparinov, S.Karyakin - Q.Kamski, P.Svidler - E.İnarkiyev.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0