Azərbaycan milli komandasının baş məşqçisi Almaniyaya buraxılmayıb
07.05.2008 - 10:29
Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, pakistanlı məşqçilər viza ala bilmədiklərindən səfərə çıxmayıblar: “Tahir Zaman və Zahid Əli Pakistan vətəndaşlarıdır. Viza almaq üçün onların sənədləri müvafiq idarəyə təxminən 20 gün əvvəl təqdim olunmalı idi. Əsas diqqətimiz ötən ay Bakıda keçirilən lisenziya xarakterli turnirə yönəldiyindən sənədlər vaxtında verilməmişdi. Bu səbəbdən nə Zamana, nə də Əliyə viza ala bildik”. Federasiya rəsmisi bildirib ki, mayın 9-da start götürəcək Avropa Klub Çempionları Kubokunda “Atasport”a məşqçi Svetlana İşməmmədovanın rəhbərlik edəcəyi gözlənilir. Paytaxt təmsilçisi turnirdə “Volqa Telekom” (Rusiya), “Siaulay” (Litva) və “Hertogenboş”la (Hollandiya) qarşılaşacaq.
Qeyd edək ki, T.Zaman və Z.Əli “Atasport”la yanaşı, Azərbaycan milli komandasında da eyni vəzifəni daşıyırlar.
Qeyd edək ki, T.Zaman və Z.Əli “Atasport”la yanaşı, Azərbaycan milli komandasında da eyni vəzifəni daşıyırlar.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0