Pekin olimpiadasına lisenziya qazanan Azərbaycan yunan-Roma güləşçilərinin sayı 5-ə çatıb
12.05.2008 - 09:48
Roma. Elşən Məmmədov-APA-Sport. İtaliyanın paytaxtı Romada yunan-Roma güləşi üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I təsnifat turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, “Milone Trophy” adlı yarışda çıxış edən Azərbaycanın 5 pəhləvanından üçü Pekin olimpiadasına lisenziya qazanıb. Həmin lisenziyaları Vitali Rəhimov (60 kq), İlqar Abdulov (74 kq) və Anton Botev (120 kq) əldə edib. İ.Abdulov turnirin gümüş, V.Rəhimovla A.Botev isə bürünc medallarını qazanmaqla, Yay Olimpiya Oyunlarına vəsiqəyə sahib çıxıblar.
Hazırda yunan-Roma güləşçilərimiz Pekin Olimpiadasına 7 mümkün vəsiqədən 5-ini əldə ediblər. Belə ki, əvvəlki dünya və Avropa çempionatlarında Fərid Mansurov (66 kq) və Rövşən Bayramov (55 kq) ilk iki lisenziyanı qazanıblar. 23-25 mayda Serbiyanın Novi-Sad şəhərində təşkil olunacaq Olimpiya lisenziyalı II təsnifat turnirində 84 və 96 kq çəkilərdə mübarizə aparan güləşçilərimiz də bu hüquqa yiyələnmək üçün öz çəkilərində ilk 3 yeri tutmalıdırlar.

0
0