Azərbaycan qılıncoynadanı Sevil Bünyatova Avropa çempionatında 16-cı yeri tutub
12.05.2008 - 11:17
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Montsa şəhərində qılıncoynatma üzrə 23 yaşadək gənclər arasında Avropa çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizi bu nüfuzlu yarışda Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında təmsil edən 6 sablyaçı fəxri kürsüyə yüksələ bilməyib. Qızların birinciliyində Sevil Bünyatova 16-cı, Səbinə Əmrahzadə 29-cu yeri tutub. Oğlanlar arasında yarışan Ramin Əmirov, Cəlil Ələsgərov, Yusif Budaqov və Namiq Ağakərimov da yarışı medalsız başa vurublar.
Qeyd edək ki, ilk dəfə təşkil olunan Avropa çempionatının hakimlər korpusunda beynəlxalq dərəcəli referi Fikrət Vəliyev yer alıb.
Qeyd edək ki, ilk dəfə təşkil olunan Avropa çempionatının hakimlər korpusunda beynəlxalq dərəcəli referi Fikrət Vəliyev yer alıb.
0
0