“Atasport” Avropa Klub Çempionları Çelenc-3 turnirinin qalibi olub
12.05.2008 - 12:30
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanın kişilərdən ibarət “Atasport” hokkey klubu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa Klub Çempionları Çelenc-3 turnirində birinci yeri tutub. Bu haqda “APA-Sport” agentliyinə Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyev məlumat verib. Onun sözlərinə görə, yarışın qrup mərhələsində keçirdiyi üç oyunda qalib gələn komandamız yarımfinalda Maltanın “Qormi” klubunu 6:0 hesabı ilə məğlub edib. Reqlamentə əsasən, həlledici oyun keçirilmədiyindən millimiz və digər finalçı, Sloveniyanın “Pliva Lipovtsi” turnirin qalibi elan edilib. Hər iki komanda növbəti mövsümdən Çelenc-2 turnirində mübarizə aparmaq hüququ əldə edib.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
0
0