Türkiyə - Çexiya matçı dünya və Avropa çempionatlarının tarixinə düşə bilər
12.06.2008 - 11:28
Türkiyə - Çexiya matçı dünya və Avropa çempionatlarının tarixinə düşə bilər
Belə ki, UEFA turnirin əsasnaməsində etdiyi son dəyişikliklərdən sonra ¼ finala çıxan komanda məhz bu yolla müəyyənləşəcək. Bu dəfəki turnirdən etibarən yarışın əsanaməsində olan yenilik ilk dəfə Türkiyə - Çexiya görüşündə tətbiq edilə bilər. Əsas göstəriciləri bərabər olan hər iki milli komanda iyunun 15-də keçiriləcək 3-cü turda meydanı heç-heçə ilə tərk etməməlidir. Qarşılaşmanın 90 dəqiqəsi qalibi müəyyənləşdirməyəcəyi təqdirdə, penalti seriyasından istifadə olunacaq.

Avropa çempionatının əsasnaməsindən
7.07. Qrup mərhələsində xalları bərabər olan komandaların yeri aşağıdakı göstəricilərə görə müəyyənləşir:
a) öz aralarındakı oyunda daha çox xal toplayan
b) öz aralarındakı oyunda daha yaxşı top fərqinə malik olan
c) öz aralarındakı oyunda daha çox qol vuran
d) qrupdakı bütün oyunlarda daha yaxşı top fərqinə malik olan
e) qrupdakı bütün oyunlarda daha çox qol vuran
f) 2008-ci il Avropa və 2006-cı il dünya çempionatlarının seçmə mərhələsində daha yaxşı əmsala malik olan komanda (toplanan xalların oyun sayına nisbəti)
g) qrup mərhələsinin oyunlarına görə daha yüksək Fair Play göstəricisinə malik olan
h) püşklə

7.08. Əgər xalları bərabər olan iki komanda son turda qarşılaşırsa və onların a-e bəndlərində nəzərdə tutulan göstəriciləri bərabərdirsə, həmçinin digər komandaların heç biri onlara çata bilmirsə pley-offa çıxan komanda əlavə vaxt oynanılmadan penaltilər seriyası ilə müəyyənləşir. İkidən artıq komandanın xalları eyni olarsa, a-h bəndlərinə əsasən yerlər müəyyənləşir.
0