Anandla Kramnik yenə heç-heçə oynadı
16.10.2008 - 11:34
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində dünya şahmat tacı uğrunda ikinci oyun keçirilib. “APA-Sport”un məlumatına görə, yarış iştirakçıları - hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnik (Rusiya) yenə xal bölgüsünə razılaşıblar.
Anandın ağ fiqurlarla mübarizə apardığı oyunun 32-ci gedişində heç-heçə qeydə alınıb. Maraqlıdır ki, rəqiblər arasında baş tutan ilk partiya da 32 gedişdə “sülh”lə nəticələnmişdi. Növbəti qarşılaşma bu gün keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 1,5 milyon avroya bərabərdir. Reqlamentə əsasən, oktyabrın 31-dək davam edəcək 12 partiyada qalib müəyyənləşməyəcəyi təqdirdə, qrossmeysterlər noyabrın 2-də tay-breykdə qüvvələrini sınayacaqlar.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0