Şahmat tacına yarım xal qaldı
26.10.2008 - 23:15
Bakı - APA-Sport. Almaniyanın Bonn şəhərində təşkil olunan şahmat tacı uğrunda görüşdə 9-cu oyun keçirilib. “APA-Sport”un məlumatına görə, fəxri mükafata Vişvanatan Anandla (Hindistan) Vladimir Kramnik (Rusiya) iddialıdır.
Şahmatçıların 9-cu görüşü də heç-heçə nəticələnib. Anandın ağ fiqurlarla oynadığı partiyada tərəflər 45-ci gedişdə “sülh” bağlayıblar. Beləliklə, hindistanlı şahmatçının üstünlüyü davam edir - 6:3. Anand qalan 3 oyunda yarım xal toplayacağı təqdirdə, şahmat tacına sahib çıxacaq.
Növbəti partiya sabah keçiriləcək. Bu dəfə Kramnik ağ fiqurlarla çıxış edəcək.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0