Dünya çempionatı yarımçıq dayandırıldı
30.10.2008 - 10:40
Bakı. Kənan Həsənov - APA-Sport. Almaniyanın Bonn şəhərində təşkil olunan dünya şahmat tacı uğrunda mübarizə Vişvanatan Anandın parlaq qələbəsi ilə başa çatıb. “APA-Sport”un məlumatına görə, hindistanlı qrossmeyster 11-ci görüşdə rusiyalı rəqibi Vladimir Kramniklə heç-heçə etməklə, dünya çempionu titulunu özündə saxlayıb.
Bu görüşdən əvvəl 6:4 hesabı ilə öndə olan Ananda çempion olmaq üçün yarım xal da kifayət edirdi. Ağ fiqurlarla oynayan “hind pələngi” rəqibinin müqavimətini qırmağı bacardı və qələbə şansının tükəndiyini görən Kramnik 24-cü gedişdə heç-heçəyə razılaşdı.
Beləliklə, reqlamentdə nəzərdə tutulan son görüşə ehtiyac qalmadı. 6.5:4.5 hesablı qələbə ilə Anand ardıcıl ikinci dəfə dünya şahmat tacına sahib çıxdı.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0