Milli komandamız Türkiyədə haqsızlıqla üzləşib
04.11.2008 - 19:04
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin Konya şəhərində taekvondo üzrə komandalararası Avropa çempionatında Azərbaycan milli komandası hakim haqsızlığı ilə üzləşib. Bunu “APA-Sport”a açıqlamasında yığmanın baş məşqçisi Ələkbər İmaməliyev deyib. Onun sözlərinə görə, hakimlər 1/4 finalda Almaniya ilə görüşdə qeyri-obyektiv qərarlar çıxarıblar.
“Onlar xüsusilə, Elnur Amanov və Rövşən Məmmədovu açıq-aşkar sıxışdırırdılar. Rəqiblərin xeyrinə xal verir, taekvondoçularımızı cərimələyirdilər. Nəticədə Almaniya yığmasına 1:3 hesabı ilə uduzaraq, yarışı tərk etdik” - deyə İmaməliyev vurğulayıb.
Milli komandamızın rəsmiləri yazılı şikayət etməsələr də, hər halda, qarşılaşmanın gedişini dayandırmağa müvəffəq olublar: “Açığı, belə yarışlarda protest etməyin effekti yoxdur. Buna baxmayaraq, biz şifahi etiraz etdiyimizdən döyüş yarımçıq dayandı və hakimlər bir araya toplaşıb, məsləhətləşməyə başladılar. Sonra onlar qaydaları pozmadıqlarını deyərək, özlərinə bəraət qazandırmağa çalışırdılar”.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0