Foqts həmkarlarına sataşdı
05.11.2008 - 11:12
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizdə çalışan həmkarlarının səviyyəsinin aşağı olmasından narazıdır. “APA-Sport”un məlumatına görə, 62 yaşlı almaniyalı mütəxəssis bu haqda həmyerlisi Bernd Ştangeyə şikayətlənib. Bu ildən Belarus yığmasının baş məşqçisi olan Ştange bunu Rusiya mətbuatına verdiyi müsahibədə bildirib: “Berti Foqts Azərbaycanda çalışan məşqçilərin səviyyəsinin aşağı olmasından şikayətlənirsə, mən yalnız bu sözləri deyə bilərəm: Belarusdakı həmkarlarım əladır”.
Qeyd edək ki, Ştangenin adı vaxtilə adı milli komandamızın ətrafında hallanıb.
Qeyd edək ki, Ştangenin adı vaxtilə adı milli komandamızın ətrafında hallanıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0