Ağası Məmmədov əsgərliyə gedib
06.11.2008 - 13:25
Bakı. Kənan Həsənov - APA-Sport. “Mən hazırda OMİK-də əsgərlikdəyəm, vətənə qulluq edirəm, qardaş! Bu səbəbdən yaxşı hazırlıq keçə bilmədiyim üçün Avropa çempionatı və hərbçilərin dünya çempionatına qatılmayacağam”. Bunu “APA-Sport”a Azərbaycanın boks yığmasının üzvü Ağası Məmmədov deyib.
Boks tariximizə yeganə dünya çempionu kimi adını yazdıran Məmmədov 2009-cu ildə keçirilən bütün turnirlərə qatılacağını bildirib: “Mən boksdan uzaqlaşmamışam. İndi də məşqlərimi davam etdirirəm. 2009-cu ildə bütün turnirlərdə çıxış edəcəyəm. Bundan sonra da 60 kq çəki dərəcəsində rinqə çıxmağı planlaşdırıram”.
28 yaşlı boksçu bu gün İngiltərənin Liverpul şəhərində start götürəcək Avropa çempionatı ilə bağlı proqnozunu da açıqlayıb: “Yarışa beş idmançımız getsə də, onlardan yaxşı nəticə gözləyirəm. Hər biri perspektivli döyüşçülərdir. Öz güclərinə inansalar, medal qazana biləcəklər”.
Qeyd edək ki, 2004-cü ildə avtomobil qəzasına düşərək ciddi xəsarət alan Ağası Məmmədov indiyədək beynəlxalq yarışlara qatıla bilməyib.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0