Boksçuların Liverpul fiaskosu davam edir
10.11.2008 - 18:51
Bakı. Kənan Həsənov - APA-Sport. İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında Azərbaycan yığmasının daha bir boksçusu mübarizəni dayandırıb. “APA-Sport”un məlumatına görə, Samir Məmmədov (54 kq) və Emil Məhərrəmovdan (69 kq) sonra Fərhad Acalov da məğlubiyyətlə üzləşib. 64 kq çəki dərəcəsində ilk döyüşünə çıxan Acalov 1/8 finalda rusiyalı Maksim İqnatyevə 9:13 hesabı ilə uduzub.
Avropa çempionatının mükafatları uğrunda cəmi iki boksçumuz mübarizəni davam etdirir. 1/4 finala yüksələn Famil Süleymanov (60 kq) irlandiyalı Ross Hikki ilə döyüşəcək. 1/16 final səddini asanlıqla adlayan Elçin Əlizadəni (91 kq) isə macar Yojef Darmos ilə görüş gözləyir.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0