Elçin Əlizadə də uduzdu
11.11.2008 - 10:30
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçularının İngiltərənin Liverpul şəhərində keçirilən Avropa çempionatında biabırçı çıxışı davam edir. “APA-Sport”un məlumatına görə, bu nüfuzlu yarışda mübarizəni dayandıran təmsilçilərimizin sayı dördə çatıb.
Samir Məmmədov (54 kq), Emil Məhərrəmov (69 kq) və Fərhad Acalovun (64 kq) ardından Elçin Əlizadə də məğlubiyyət acısı dadıb. 91 kq çəki dərəcəsində döyüşən boksçumuz 1/8 finalda macar Yojef Darmosla bacara bilməyib - 3:9.
Bununla, Nəriman Abdullayevin rəhbərliyi altında Liverpula yollanan yığmamızın cəmi bir üzvünün Avropa çempionatının mükafatları uğrunda mübarizə aparacağı rəsmiləşib. 1/4 finala yüksələn Famil Süleymanov (60 kq) irlandiyalı rəqibi Ross Hikkini üstələsə, özü üçün minimum bürünc medalı təmin edəcək.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0