İcraiyyə Komitəsi yenə bir araya gəlir
12.11.2008 - 13:18
Bakı. Aqşin Əliyev - APA-Sport. Noyabrın 18-də Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək. “APA-Sport”un məlumatına görə, toplantıda bir sıra mühüm məsələlər müzakirəyə çıxarılacaq. İclasın gündəliyi hələlik açıqlanmır.
Böyük ehtimalla, İK-nın yığıncağı zamanı qurumda struktur dəyişikliyi gerçəkləşəcək. Belə ki, yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Elçin Cəfərov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin olunacaq. Həmçinin, komitə üzvlərinin digər qərarlar verəcəkləri də gözlənilir.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0