Azərbaycan güləş yığmasında yeni baş məşqçi
17.11.2008 - 12:12
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Azərbaycan Güləş Federasiyasının (AGF) növbəti konfransı keçiriləcək. “APA-Sport”un məlumatına görə, konfransın gündəliyində bir neçə məsələ daxil edilib. Toplantıda AGF-nin yeni nizamnaməsinin təqdimatı və təsdiqi, vitse-prezidentlərin seçilməsi, yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığma komandaların baş məşqçilərinin təsdiqi məsələlərinə baxılacaq. Həmçinin, idmançıların hazırlıq səviyyəsi ilə bağlı məsələ müzakirəyə çıxarılacaq.
Konfransda yunan-Roma güləşi yığmasının baş məşqçisi Elçin Cəfərov federasiyanın vitse-prezidenti seçiləcək. Baş məşqçi vəzifəsi isə onun köməkçisi işləyən Bəhram Mürvətova tapşırılacaq. Çox güman ki, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Maqomedxan Aratsilov və qadın güləşi yığmasının baş məşqçisi Nazim Əlicanov öz postlarında saxlanılacaq.

- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0