Yaponiyaya yollanacaq heyətdə dəyişiklik
03.12.2008 - 12:54
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək cüdonun banisi Ciqaro Kanonun xatirə turnirinə hazırlaşan Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Milli komandanın baş məşqçisi Ağayar Axundzadənin apasport.az saytına verdiyi məlumata görə, Ramin Qurbanov (81 kq) səfərə aparılmayacaq. Bu, cüdoçunun zədələnməsi ilə əlaqədardır.
Əvəzində, 81 kq çəki dərəcəsində Zaur Paşayev güləşəcək. Eyni zamanda, yarışda yeniyetmələr arasında Avropa çempionumuz Sərxan Əhmədov (66 kq) da mübarizə aparacaq. Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli isə dekabrın 13-14-də baş tutacaq turnirə tamaşaçı qismində qatılacaq.
Həmyerlilərimiz dekabrın 8-də Tokioya yollanacaqlar. Yarışdan sonra 4 gün təlim-məşq toplanışında iştirak edəcək cüdoçularımız dekabrın 18-də Vətənə dönəcəklər.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0