Taekvondo yığmamız Avropa çempionatına yollandı
05.12.2008 - 12:51
Sabah Rusiyanın paytaxtı Moskvada tələbə taekvondoçular arasında ilk Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Baş məşqçi Ələkbər İmaməliyevin rəhbərlik etdiyi kollektivdə 11 taekvondoçu yer alıb.
Kişilərin turnirində Samir Aydınov (54 kq), Zahid Məmmədov (58 kq), Rövşən Məmmədov (62 kq), Fərid Əliyev (67 kq), Sənan Əsədzadə (72 kq), Ramin Əzizov (78 kq) və Bayraməli Vəliyev (84 kq) döyüşəcəklər. Xanımlarımızdan isə Nigar Hacıyeva (55 kq), Səbinə Mikayılova (59 kq), Günay Atakişiyeva (63 kq) və Yelena Abbasova (67 kq) qüvvələrini sınayacaqlar. Qitə çempionatı dekabrın 7-də yekunlaşacaq.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0