10 min dollar hansı idmançımıza çatacaq?
05.12.2008 - 15:20
Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada start götürəcək dünya kubokuna qatılacaq idmançıların yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu nüfuzlu yarışın mükafatları uğrunda hər çəki dərəcəsində 8 boksçu yarışacaq.
“Meqasport” İdman Sarayında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının üç üzvü iştirak edəcək. Dekabrın 8-də Moskvaya Famil Süleymanov (60 kq), Romal Amanov (64 kq) və Elçin Əlizadə (91 kq) yollanacaq. Dünya kubokunun qalibi olan boksçulara 10 min ABŞ dolları mükafat təqdim ediləcək. Gümüş mükafatçılar 5 min, üçüncü yeri tutanlar 2500 dollar qazanacaqlar.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0