Maqnus Karlsen Azərbaycan şahmatçıları ilə görüşdən imtina etdi
05.12.2008 - 17:26
Qran-Pri turniri əsas favoritlərindən birini itirib. Apasport.az saytının məlumatına görə, buna Maqnus Karlsenin yarışın növbəti mərhələlərinə qatılmaqdan boyun qaçırması səbəb olub.
Apreldə Bakıda təşkil olunan ilk mərhələnin qalibi olan norveçli vunderkind bununla bağlı FİDE-ni də məlumatlandırıb. O, quruma göndərdiyi məktubda imtinasının səbəbini dünya şahmat tacı uğrunda mübarizənin sistemində dəyişikliklə izah edib. 18 yaşlı qrossmeyster bildirib ki, indiki vəziyyətdə Qran-Pri turnirinə qatılmaq onun üçün heç bir maraq kəsb etmir.
Qeyd edək ki, turnirin sayca üçüncü mərhələsi dekabrın 13-dən 29-dək Rusiyanın Elista şəhərində təşkil olunacaq. Bu mərhələyə Azərbaycan yığmasının üzvlərindən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov qatılacaqlar.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0