Maykl Adams da Qran-Pri turnirindən imtina etdi
10.12.2008 - 13:54
Dekabrın 13-də Rusiyanın Elista şəhərində start götürəcək şahmat üzrə Qran-Pri turnirinin iştirakçılarının siyahısında ciddi dəyişikliklər baş verib. Apasport.az saytının məlumatına görə, norveçli Maqnus Karlsendən sonra Maykl Adams da yarışa qatılmaqdan imtina edib.
İngiltərəli qrossmeyster də qərarını FİDE-nin dünya çempionatının sistemində etdiyi dəyişikliklərlə izah edib. Turnirin Qətərdə və İsveçrədə keçirilməsi planlaşdırılan mərhələləri ləğv olunduğundan müvafiq olaraq, Məhəmməd Əl-Modiyahi ilə Yannik Pelletye də mübarizəni davam etdirə bilməyəcəklər.
FİDE artıq bu şahmatçılara əvəz tapıb. Elistada Yevgeni Alekseyev (Rusiya), Pavel Elyanov (Ukrayna), Vladimir Akopyan (Ermənistan) və Rüstəm Qasımcanovun (Özbəkistan) iştirakı təsdiqlənib.
Qeyd edək ki, Qran-pri turnirinin Elista mərhələsinə milli komandamızın üzvlərindən Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov qatılacaqlar. Rəcəbov dekabrın 29-da başa çatacaq yarışın reytinq favoriti olacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0