İqlesias boksçumuza qalib gəldi
12.12.2008 - 10:35
Rusiyanın paytaxtı Moskvada təşkil olunan boks üzrə dünya kubokunun 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üç üzvü bu səddi adlamağı bacarmayıb.
Rəhim Nəcəfovdan (54 kq) sonra Romal Amanovla (64 kq) Elçin Əlizadə (91 kq) də ilk döyüşdəcə məğlubiyyət acısı dadıblar. Romal kubalı Stolonqo İqlesiasa 6:18, Elçin isə ukraynalı Aleksandr Usikə 4:12 hesabı ilə uduzub.
Beləliklə, sabah keçiriləcək yarımfinalda iki boksçumuz mübarizə aparacaq. Famil Süleymanov (60 kq) Qinq Hu (Çin) ilə, Azər Məmmədov (+91 kq) isə Marko Tomaseviçlə (Xorvatiya) döyüşəcək. Təmsilçilərimiz bu görüşlərin nəticəsindən asılı olmayaraq özləri üçün minimum bürünc medalı təmin ediblər.
Qeyd edək ki, “Meqasport” İdman Sarayında təşkil olunan dünya kubokunun qalibi olan boksçulara 10 min ABŞ dolları mükafat təqdim ediləcək. Gümüş mükafatçılar 5 min, üçüncü yeri tutanlar 2500 dollar qazanacaqlar.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0