Azərbaycan yığmasının baş məşqçisi erməni həmkarının cavabını verdi
12.12.2008 - 22:13
“Ermənistanla oyunun yekun protokolunu imzaladım. Sadəcə, bu işi bir az gec etdim”. Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycanın qadınlardan ibarət şahmat yığmasının baş məşqçisi Anar Allahverdiyev söyləyib.
Ermənistanlı həmkarının iddiasına cavab verən gənc mütəxəssis onunla görüşmək məcburiyyətində olmadığını bildirib: “Protokolda məşqçilərin bir-birini təbrik etmələri haqda heç nə yazılmayıb. Bu, mütəxəssislərin istəklərindən asılıdır. Amma şahmatçılar mütləq oyundan əvvəl və sonra görüşməlidirlər. Uduzmağı heç kim istəmir. Ermənistana 0:4 hesablı məğlubiyyətdən sonra da məyus olmağım təbiidir”.
Qeyd edək ki, Ermənistan yığmasının baş məşqçisi Arsen Eqiazaryan keçirdiyi mətbuat konfransında Anar Allahverdiyevin oyunun yekun protokolunu imzalamadığını iddia edib. Erməni mütəxəssis azərbaycanlı həmkarının onu təbrik etmədiyini də vurğulayıb.

- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələ başa çatdı
- Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: İlk mərhələ başa çatdı
- Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
0
0