Cüdoçularımız Yaponiyada əliboş qaldılar
13.12.2008 - 20:10
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdonun banisi Ciqaro Kanonun xatirə turniri Azərbaycan idmançıları üçün uğursuz alınıb. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan Sərxan Əhmədov (66 kq) və Zaur Paşayev (90 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Debütdə qələbə qazanan Sərxan ikinci mərhələdə yerli cüdoçuya uduzaraq, mübarizəni erkən dayandırıb. Zaur Paşayevin də qarşısını Yaponiya təmsilçisi kəsib. Həmvətənimiz 1/8 finalda Takaşi Ono ilə görüşdə ippon fəndinə düşüb.
Qeyd edək ki, XXIX Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli Tokioya getməsinə baxmayaraq, tatami üzərinə çıxmayıb.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0