Dünya kubokunda qazancımız: 2 bürünc medal + 5000 dollar
13.12.2008 - 22:39
Rusiyanın paytaxtı Moskvada təşkil olunan boks üzrə dünya kubokunun finalçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının heç bir üzvü həlledici görüşə vəsiqə qazana bilməyib.
Belə ki, yarımfinalda döyüşən hər iki təmsilçimiz - Famil Süleymanov (60 kq) və Azər Məmmədov (+91 kq) məğlubiyyətlə üzləşiblər. Famil çinli Qinq Huya uduzub - 4:10. Daha zəif təsir bağışlayan Azər isə Marko Tomaseviçə (Xorvatiya) bir dəqiq zərbə belə, vurmağı bacarmayıb. Əvəzində, rəqib 9 xal əldə edərək, finala yüksəlib.
Həm Süleymanov, həm də Məmmədov yarışın bürünc medalına layiq görülüb.Üçüncü yeri tutduqları üçün adıçəkilən idmançıların hərəsinə təşkilatçılar tərəfindən 2500 ABŞ dollar pul mükafatı verilib. Dünya kubokunda iştirak edən digər boksçularımız Rəhim Nəcəfov (54 kq), Romal Amanov (64 kq) və Elçin Əlizadə (91 kq) isə nə medal qazana biliblər, nə də pul.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0