Sabah cüdo üzrə Azərbaycan çempionatı başlanır
24.12.2008 - 23:04
Sabah cüdo üzrə XXXVI Azərbaycan çempionatı start götürəcək. Apasport.az saytının Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yarışda Bakının idman klubları və cəmiyyətləri, eləcə də ölkəmizin müxtəlif bölgələrinin komandaları iştirak edəcəklər.
Çempionatda 300-dən çox idmançının güləşəcəyi gözlənilir. Ancaq azarkeşlər Azərbaycanın ən güclü cüdoçularını iş başında görə bilməyəcəklər. Çünki müəyyən səbəblərə görə, olimpiya çempionu Elnur Məmmədli (73 kq), Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyev (100 kq), eləcə də Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq) və Kifayət Qasımova (57 kq) çempionatdan azaddırlar.
Bakı İdman Sarayında təşkil olunan yarışın rəsmi açılış mərasimi sabah saat 17:00-da olacaq. Milli çempionata dekabrın 26-da yekun vurulacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0