Milli komandamız yerində sayır
25.12.2008 - 12:35
Beynəlxalq Qılıncoynatma Federasiyası qadın sablyaçıların 2008-ci ildə son reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvlərinin mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb.
Təmsilçilərimiz arasında ən yüksək göstərici yenə də Səbinə Əmrahzadəyə məxsusdur. O, 32 xalla 60-cı sıradakı mövqeyini qoruyub. Yığmamızın rusiyalı sabiq legioneri Janna Muradqızı (24 xal) 78-ci, Sevil Bünyatova (6 xal) 170-ci, hesabında xal olmayan Aidə Ələsgərova 318-ci yeri tutub.
Milli komandamız da yerində sayıb. Hesabında 91 xal olan yığmamız 33 kollektiv arasında 17-ci olub.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0