Nizami Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək
06.01.2009 - 14:44
Ağır atletika üzrə ikiqat dünya çempionu Nizami Paşayev Azərbaycan çempionatında iştirak etməyəcək. Bu haqda apasport.az saytına Paşayev özü məlumat verib. Onun sözlərinə görə, yanvarın 8-9-da keçiriləcək yarışa qatılmağa səhhətindəki problem maneçilik yaradıb.
“Çiyin nahiyəmdə ağrılar var, hazırda müalicə olunuram. Çempionatdan kənarda qalmağımın da səbəbi elə budur” - deyə 28 yaşlı atlet vurğulayıb.
Paşayev apreldə Rumıniyada təşkil olunacaq Avropa çempionatınadək tam sağalacağına inamını bildirib: “Zədəm bir o qədər də ciddi deyil. İnşallah, Avropa birinciliyinə qədər sağalıb həmin yarışda iştirak edərəm”.
Qeyd edək ki, ölkəmizin ən titullu ağırlıqqaldıranı olan Nizami milli çempionatda sonuncu dəfə 3 il öncə mübarizə aparıb.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0