Avropa çempionatına yollanacaq yığmamızın heyəti müəyyənləşdi
09.01.2009 - 22:03
Bakı İdman Sarayında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışın nəticələrinə əsasən, Elmar Alıyev (56 kq), Zülfüqar Süleymanov (62 kq), Əfqan Bayramov (69 kq), Namiq Cəmilov (77 kq), Nahid Vəliyev (85 kq), İntiqam Zairov (94 kq), Rolan Piriyev (105 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərqlənən idmançılar aprelin 4-dən 12-dək Buxarestdə keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, ölkəmizin ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev və Turan Mirzəyev çempionata qatılmayıb.
AzərTac
Qeyd edək ki, ölkəmizin ən titullu ağırlıqqaldıranı, ikiqat dünya çempionu Nizami Paşayev və Turan Mirzəyev çempionata qatılmayıb.
AzərTac
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0