Atletika üzrə Azərbaycan birinciliyi başlanır
15.01.2009 - 14:53
Sabah atletika üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi start götürəcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın apasport.az saytına verdiyi məlumata görə, yarışda hündürlüyə tullanma, nüvə itələmə, üç təkanla tullanma, 60 m, 400 m və 1500 m məsafələrə qaçış növlərində mübarizə olacaq.
Respublika Olimpiya Mərkəzində keçiriləcək birinciliyə 1994-95-ci və 1990-91-ci il təvəllüdlü oğlan və qızlar qatılacaqlar. Yarışın final mərhələsi yanvarın 17-də baş tutacaq.
Respublika Olimpiya Mərkəzində keçiriləcək birinciliyə 1994-95-ci və 1990-91-ci il təvəllüdlü oğlan və qızlar qatılacaqlar. Yarışın final mərhələsi yanvarın 17-də baş tutacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0