Rəcəbov “Corus” turnirinin ilk turunda arzuolunmaz rəqiblə qarşılaşacaq
16.01.2009 - 18:50
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun 2009-cu ildə iştirak edəcəyi ilk beynəlxalq turnirin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah Hollandiyanın Veyk-an-Zee şəhərində başlanacaq XIX kateqoriyalı “Corus” kuboku uğrunda yarışın təqvimi 22 yaşlı həmvətənimiz üçün heç də ürəkaçan deyil.
Məsələ burasındadır ki, Rəcəbov (2761) açılış turunda 19 yaşlı norveçli Maqnus Karlsenlə (2776) qarşılaşacaq. Çox güman ki, Teymurun yaşca üstələdiyi, amma reytinq baxımından geri qaldığı bu arzuolunmaz rəqiblə görüşü yenə çətin olacaq. Şahmatçımız Karlsenə qarşı qara fiqurlarla oynayacaq.
Luk Van Veli, Daniel Stellvagen, Yan Smits (hamısı Hollandiya), Vasili İvançuk, Sergey Karyakin (hər ikisi Ukrayna), Aleksandr Morozeviç (Rusiya), Sergey Movsesyan (Slovakiya), Levon Aronyan (Ermənistan), Van Yu (Çin), Qata Kamski (ABŞ), Lenyer Dominqes (Kuba) və Maykl Adamsın (İngiltərə) da mübarizə aparacağı “Corus” kuboku 13 turdan ibarət olacaq. Yarış fevralın 1-də başa çatacaq.

- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
0
0