Azərbaycanlı olimpiya mükafatçısı yığmanın oynayan-məşqçisi oldu
20.01.2009 - 14:58
Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı İradə Aşumova güllə atıcılığı üzrə Azərbaycan milli komandasının məşqçisi təyin olunub. Bu haqda apasport.az saytına Aşumova özü məlumat verib. O, fevralın 19-dan 23-dək Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatına oynayan-məşqçi qismində yollanacaq.
51 yaşlı olimpiya mükafatçısı qitə birinciliyində qüvvəsini sınamaqla yanaşı, güllə atıcılığı yığmasına da rəhbərlik edəcək. Aşumova pnevmatik tapançadan atəş açacaq Ruslan Lunyov, Məmmədəli Abdullayev və Nigar Bağırovanı Avropa çempionatına hazırlaşdıracaq.
Pnevmatik tüfəng atəş açma turnirində isə ölkəmizin şərəfini 2 idmançı - Mehriban Məcidova və Aynur Qəhrəmanova qoruyacaq. Onlara qitə birinciliyi zamanı Olqa Stepanova başçılıq edəcək.

- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0